3 nəfərlik ailə güllələndi - Komendant saatında

3 nəfərlik ailə güllələndi - Komendant saatında

3 nəfərlik ailə güllələndi - Komendant saatında

Qazaxıstanın Almatı vilayətinin Taldı-Kurqan şəhərində üç nəfərdən ibarət ailə komendant saatına görə güllələnib.

Polemika.az xəbər verir ki, bu barədə "Azattyq Radiosy" məlumat yayıb.

Yanvarın 8-i saat 20:30-da öz avtomobilləri ilə evə qayıdırmış. Bu zaman maşın atəşə tutulub, nəticədə ailə başçısı Nurbolat Seytkulov, arvadı Altınay Etaeva və 15 yaşlı qızları Nuray Seytkulova həlak olublar.

Ailənin qohumlarının verdiyi məlumata görə, onlar komendant saatının 20:00-dan başladığını bilməyiblər. Maşının şüşələri salonu aydın şəkildə görməyə imkan verib və hərbçilər avtomobildə uşağın olduğunu görməli idilər. Bununla belə, heç kəs insidentin məhz necə baş verdiyini bilmir.

Nurbolat Seytkulov və arvadının 51 yaşı olub. Nuray isə məktəbli idi.

Hazırda hadisə ilə bağlı istintaq davam edir.

Xatırladaq ki, Qazaxıstanda kütləvi iğtişaşlar fonunda yanvarın 5-dən 19-na qədər fövqəladə vəziyyət rejimi və komendant saatı tədbiq olunur.

 

3 nəfərlik ailə güllələndi - Komendant saatında