220 metrlik naqili oğurlayan şəxs saxlanıldı

220 metrlik naqili oğurlayan şəxs saxlanıldı

220 metrlik naqili oğurlayan şəxs saxlanıldı

Xəzər rayonu Qala qəsəbəsi ərazisində telefon-rabitə xətti naməlum şəxs tərəfindən kəsilərək oğurlanıb.

Polemika.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, 220 metr naqilin oğurlanmasında şübhəli bilinən Şəki şəhər sakini Fərahim Əliyev saxlanılıb. Onun idarə etdiyi avtomobildən oğurladığı naqilin bir hissəsi aşkar edilib. Naqilin qalan hissəsini isə o, əlvan metal qəbulu məntəqələrindən birinə satdığını bildirib.

Faktla bağlı toplanan materiallar Xəzər Rayon Polis İdarəsinə göndərilib.

220 metrlik naqili oğurlayan şəxs saxlanıldı