Ali məktəblərdə hansı fakültələr ləğv edilməlidir? – Ekspert rəyi

Ali məktəblərdə hansı fakültələr ləğv edilməlidir? – Ekspert rəyi

Ali məktəblərdə hansı fakültələr ləğv edilməlidir? – Ekspert rəyi

Texnoloji yeniliklər əmək bazarının təklif və tələbatına dəyişiklik gətirib. Amma Azərbaycanın mövcud təhsil sistemi bu yeniliklərlə ayaqlaşa bilmir. Bəzi ekspertlər ali məktəblərdə lazımsız ixtisasların ləğvi və yenilərinin yaradılması zərurətindən danışırlar.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov isə tələsik qərar verməməyə, mövzunun əvvəlcə müzakirə olunmasına ehtiyac görür.

Polemika.az-a açıqlamasında o, ekspert rəyini belə ifadə edib:

“Əlbəttə, hər bir ali məktəb öz tədris konsepsiyasını hazırlayarkən, bu məsələyə ciddi yer verməlidir. Elə kafedralar var ki, 50 il bundan qabaq yaradılıb. Yaradılan zamanlar da o dövrün tələbinə uyğun olub. İndi isə yeni tələblərə uyğun Həmin kafedralar ya bağlanmalı, ya da transformasiya olunmalıdır.

Məsələn, Bakı Dövlət Universitetin bir kitabxanaçılıq fakültəsi var idi. İndi adı kitabxanaçılıq və informasiya fakültəsi kimi dəyişdirilib. Belə nümunələr digər universitetlərdə də var. Amma məsələ ümumən ciddi şəkildə araşdırılmalı, müzakirə olunmalıdır”.

Nəzrin Vahid

Ali məktəblərdə hansı fakültələr ləğv edilməlidir? – Ekspert rəyi