“Əvvəl uşağı oxumağa gətirəndə deyirdilər ki, “əti sənin, sümüyü mənim, döyün...” 

“Əvvəl uşağı oxumağa gətirəndə deyirdilər ki, “əti sənin, sümüyü mənim, döyün...” 

“Əvvəl uşağı oxumağa gətirəndə deyirdilər ki, “əti sənin, sümüyü mənim, döyün...” 

Bakı şəhəri 9 nömrəli tam orta məktəbdə direktorun yuxarı sinif şagirdini şillə ilə vurması ənənəvi sualı yenidən aktuallaşdırıb. Bu mövzu iki gündür sosial şəbəkələrdə geniş müzakirə olunub. Məktəb direktorunun hərəkətini qınayanlarla yanaşı ona haqq qazandıranlar da oldu.

Məsələn keçmiş deputat Gülər Əhmədova insidenti böyütməyin əleyhinə olduğunu bildirib. O qeyd edib ki, bu cür xırda münaqişələri şişirtmək, işə polisi cəlb etmək doğru deyil. İnsanları məktəbə və müəllimə hörmət bəsləməyə səsləyən Gülər Əhmədova dolayısı ilə şagirdi döyən direktoru müdafiə edib.

Bəs ziyalılar bu barədə nə düşünürlər? Müəllim şagirdi döyə bilər?

Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı Polemika.az-a açıqlamasında hadisədən məlumatlı olmadığını deyib:

“Hadisədən məlumatım yoxdur. Ona görə bir fikir söyləyə bilmərəm. Lakin prinsipcə kiminsə kiməsə şillə vurması yaxşı bir şey deyil. 

Kim olmağından asılı olmayaraq düzgün deyil. Amma məsələnin kökünü, səbəblərini araşdırmaq lazımdır. Xəbərim olmadığı üçün ciddi sözlər deyə bilmirəm”.

Rektorun sözlərinə görə, müəllim şagirdə müəyyən cəzalar verə bilər:

“Tarix boyu müəllim şagirdə nə etməli olduğunu öyrədəndə bu məsələlər müzakirə olunub. Hətta İbn Sinanın traktatında bu məsələ qoyulub. Müəllim şagirdə müəyyən cəza verə bilər. Lakin elə etməlidir ki, çox ağır olmasın.

Əvvəllər uşağı oxumağa gətirəndə deyirdilər ki, “əti sənin, sümüyü mənimdir. Döyün əti getsin, amma sümüyü qalsın”. Əsas uşaq tərbiyə alsın, oxusun”.

H.İsaxanlı qeyd edib ki, çağdaş pedaqogikanın fikri belədir ki, fiziki cəza olmaz:

“Bizim keçmişimizdə bu kimi məsələlər olub. İndiki dövrdə isə qınaq obyektinə çevrilir, qınanılır. Məktəb mürəkkəb yerdir. İdarə etmək çox çətindir. Məktəbin içərisində müxtəlif, nadinc, lazım gəlməyən şeylərə meyil edən uşaqlara rast gəlinir. Uşaqları pis əməllərdən çəkindirməyə çalışırlar. Bəzən o yollardan çəkindirmək çox çətin olur.

Ümumiyyətlə çağdaş pedaqogikanın fikri belədir ki, fiziki cəza olmaz. Lakin bizim keçmiş ənənəmizin üstündə duran insanlar hövsələdən çıxır. Lakin çalışsınlar ki, elə iş olmasın”.

Nəzrin Vahid   

“Əvvəl uşağı oxumağa gətirəndə deyirdilər ki, “əti sənin, sümüyü mənim, döyün...”