Əlillik müddəti bitənlər nə etməlidir? - Nazir açıqladı

Əlillik müddəti bitənlər nə etməlidir?

Əlillik müddəti bitənlər nə etməlidir? - Nazir açıqladı

Vətəndaşların əlillik müddəti bitdiyindən onlar aidiyyatı üzrə müraciət edərək müvafiq yoxlamalardan keçib təkrar əlilliklərinin uzadılmasını təmin edə bilərlər.

Polemika.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki, bu il 193 min insanın 5 illik əlillik müddəti bitir.

“Onların heç birinin əlilliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saxlanılmayıb. Bu qanunvericiliklə tənzimlənən məsələdir” - deyə nazir bildirib. 

Əlillik müddəti bitənlər nə etməlidir? - Nazir açıqladı