Məşhur kompüter oyunu yeni sima aldı

Məşhur kompüter oyunu yeni sima aldı

Məşhur kompüter oyunu yeni sima aldı

Uşaqlığımızın ən məşhur oyunu yeni tərzdə işıq üzü görüb.

Polemika.az xəbər verir ki, oyun həvəskarlarının uzun müddətdir gözlədiyi "GTA Trilogy Definitive Edition" video oyunu artıq oyunçuların istifadəsinə verilib.

Qeyd edək ki, "Rockstar"ın məşhur "GTA" seriyasının üç əfsanəvi oyununu - "GTA San Andreas", "GTA Vice City" və "GTA 3" yeni remastered (yenilənmiş - red.) versiyada bir çox kəsim tərəfindən tənqidlərə tuş gəlib.

Buna səbəb qrafikaların bərbad olması olaraq göstərilmişdi. Lakin buna baxmayaraq oyun həvəskarları, artıq "YouTube"-la yanaşı "Twitch" və "NonoLive" platformalarında canlı yayım açaraq oyunu oynamağa başlayıblar.

Oyunu tənqid edənlərlə yanaşı, nostaljik hisslər yaşadıqlarını ifadə edənlər də çoxluq təşkil edir.

Rafi Müslümov

Məşhur kompüter oyunu yeni sima aldı