Əli Əsədov gürcü həmkarı ilə danışdı

Əli Əsədov gürcü həmkarı ilə danışdı

Əli Əsədov gürcü həmkarı ilə danışdı

Fevralın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında  telefon danışığı olub.

Nazirlər Kabinetindən (NK) Polemika.az-a verilən məlumata görə, telefon danışığı zamanı Gürcüstanda baş vermiş zəlzələ ilə bağlı narahatçılıq və həmrəylik ifadə edilib.

Eyni zamanda Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Əli Əsədov gürcü həmkarı ilə danışdı