Koronavirusun növbəti ştammı daha çox insanı öldürə bilər - XƏBƏRDARLIQ

Koronavirusun növbəti ştammı daha çox insanı öldürə bilər

Koronavirusun növbəti ştammı daha çox insanı öldürə bilər - XƏBƏRDARLIQ

Koronavirusun növbəti ştammı “delta” və ya “omicron” ştammından daha patogen ola bilər və daha çox insanı öldürə bilər.

Polemika.az xəbər verir ki, “The Guardian”ın məlumatına görə, bu qənaətə britaniyalı alimlər gəlib.

““Omicron” variantı “delta”dan deyil, “virus ağacı”nın tamamilə fərqli “budağı”ndan gəldi. Virusun nəsil ağacında yeni variantın harada görünəcəyini bilmədiyimiz üçün patogenlik səviyyəsini də öyrənə bilmərik. Bu, az və ya çox dərəcədə patogen ola bilər”, - Edinburq Universitetinin epidemioloqu professor Mark Vulhaus bildirib.

Digər elm adamları da Vulhausun fikrini bölüşürlər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 üzrə xüsusi nümayəndəsi David Nabarro da mutasiya və infeksiyanın gözlənilməzliyi və təsadüfi olması ilə razılaşır.

““Omicron”dan sonra daha çox variant olacaq və onlar daha yoluxucu olsalar, üstünlük təşkil edəcəklər. Onlar daha öldürücü ola bilər və ya bədənə daha ciddi mənfi təsir göstərə bilər” - David Nabarro deyib./Modern.az

Koronavirusun növbəti ştammı daha çox insanı öldürə bilər - XƏBƏRDARLIQ