Əli İnsanovun da partiyası qeydiyyata alındı - Foto

Əli İnsanovun da partiyası qeydiyyata alındı - Foto

Əli İnsanovun da partiyası qeydiyyata alındı - Foto

Keçmiş səhiyyə naziri Əli İnsanovun rəhbərlik etdiyi Haqq Ədalət Partiyası (HƏP) dövlət qeydiyyatına alınıb.

Polemika.az xəbər verir ki, bu barədə onun özü sosial media hesabında məlumat yayıb.

O qeyd edib ki, 21 oktyabr tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Haqq Ədalət Partiyasının dövlət qeydiyyatına alınmasını təsdiq edən 1121-P1-0063 qeydiyyat nömrəli şəhadətnamə partiya rəsmisinə təqdim edilib.

Xatırladaq ki, bu gün Azərbaycan Yüksəliş Partiyası (AYP) da dövlət qeydiyyatına alınıb.

Əli İnsanovun da partiyası qeydiyyata alındı - Foto