“Əli İnsanov “avtobus müxalifəti” deyil, konstruktiv müxalifətdir" - Zəlimxan Məmmədli

“Əli İnsanov “avtobus müxalifəti” deyil, konstruktiv müxalifətdir"

“Əli İnsanov “avtobus müxalifəti” deyil, konstruktiv müxalifətdir" - Zəlimxan Məmmədli

Sabiq səhiyyə nazir, hazırda HƏP sədri Əli İnsanovun Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşü siyasi çevrədə birmənalı qarşılanmayıb. Bu görüş kulurlarda Əli İnsanovun da “avtobus müxalifəti”nə çevrildiyi barədə mülahizələrin səslənməsinə səbəb olub. Hətta Əli İnsanovun hakimiyyətlə anlaşdığı, bundan sonra yumşaq mövqedən çıxış edəcəyinə dair iddialar səslənir.

Bu iddialar nə dərəcədə doğrudur? Mövcud iqtidara qarşı radikal mövqeyi ilə seçilən HƏP doğrudanmı hakimiyyətyönümlü partiyaya çevirilir?

Polemika.az-a açıqlamasında HƏP Ali Məclisinin sədri Zəlimxan Məmmədli qeyd edib ki, HƏP radikal partiya deyil, əksinə, ən konstruktiv partiyadır:

“Yaranışından əsas hədəfi cəmiyyətdə etimad mühitinin formalaşdırılması, siyasi uzlaşma, siyasi dialoqların nəhayət ki həyata keçirilməsi və sözdən əməli işə keçirilməsinin tərəfdarı olub. Hətta bununla bağlı mövcud durumdan daha ağrısız çıxış üçün müvəqqəti milli etimad hökuməti ideyasını ortaya atıb. 

Sonuncu nə deməkdir? Yeni Azərbaycan Partiyası (YAP) və bir sıra əsas müxalif partiyalarla birlikdə 2 il müddətində fəaliyyət göstərəcək. Bu hökumətin üzərinə düşəcək vəzifələr cəmiyyətin müzakirəsinə təqdim edib. Həmin konsepsiyada demokratiyaya keçid, milli təhlükəsizlik məsələləri və konkret olaraq Rusiya qoşunlarının Azərbaycandan çıxarılması üçün cəmiyyətin bütün resurslarından istifadə etmək haqqında fikirlər mövcuddur”.

Z. Məmmədli vurğulayıb ki, ana xətt, demokratiya istiqamətində islahatların aparılmasıdır:

“Bu işləri həyata keçirməyə cəsarəti olan partiya Əli İnsanovun rəhbərlik etdiyi HƏP-dir. Mən HƏP Ali Məclisinin sədri olaraq bu işdə əməyi olanlardan biriyəm və indiki zamanda bu görüşdən pərdəarxası nələrsə axtarmaq səhvdir. Bəzi opponentlər qara “PiAR” edə bilər. Olsun, bu, problem deyil. Biz dialoq məsələsində ifrat sağçı, solçu və ya qütbçü düşüncəni qəbul etmirik. Buna milli maraqlarımızı təhdid edən bir məsələ kimi baxırıq”.

HƏP Ali Məclisinin sədri qeyd edib: 

“Ədalət Vəliyevlə görüşdə heç bir problem yoxdur, çünki sabah Prezidentlə də görüş ola bilər, amma ilkin onu deyim ki, ortada hansısa razılaşma və “hökmən belə edəcəyik” məsələsi yoxdur. Nə olacaqsa, Azərbaycan cəmiyyətindən gizli qalmayacaq. Bunu bilməyi çox vacib hesab edirəm”.

Z. Məmmədli “avtobus müxalifəti” ifadəsini şərh edib: “Boz “avtobus müxalifəti”, “cib müxalifəti”, nə bilim, nə müxalifəti deyilik. Ümumiyyətlə, siyasi instutisional quruluşlara zidd olan, bölücü, parçalıyıcı ifadələrdir. Biz milli və dövlət marağımıza uyğun addımlar atacağıq. Kim nə ad qoyacaq, nə şəbədə qoşmağa çalışacaq, öz işləridir. İnsanlar var ki, çörəyi bundan çıxır”.

Rafi MÜSLÜMOV

“Əli İnsanov “avtobus müxalifəti” deyil, konstruktiv müxalifətdir" - Zəlimxan Məmmədli