" Ermənistanla münasibətlərin sivil qaydada normallaşmasının tərəfdarıyıq" - Nazir
" Ermənistanla münasibətlərin sivil qaydada normallaşmasının tərəfdarıyıq" - Nazir
Azərbaycan tərəfinin mövqeyi dəyişməzdir. Biz post-münaqişə dövründə beynəlxalq qanunlar əsasında sivil qaydada Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıyıq.
Polemika.az-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov xarici işlər naziri Azərbaycanda səfərdə olan Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, eyni zamanda ölkələr arasında beynəlxalq səviyyədə tanınmış sərhədlərin delimitasiyası və demarkasiya prosesinin nə qədər tez başlanılması o qədər yaxşıdır. Ceyhun Bayramov bildirib ki, Ermənistan bu istiqamətdə hər hansı bir müsbət addım atacaqsa Azərbaycan ona qarşılıq addım atacaq.