Əfsanəvi futbolçu Maradona ürəksiz dəfn edilib

Əfsanəvi futbolçu Maradona ürəksiz dəfn edilib

Əfsanəvi futbolçu Maradona ürəksiz dəfn edilib

Argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın ürəksiz dəfn edildiyi açıqlanıb.

Polemika.az “Marca”ya istinadən xəbər verir ki, bu barədə argentinalı həkim, yazıçı və jurnalist Nelson Kastro deyib.

Onun agentliyə verdiyi açıqlamaya görə, “Ximnasia La Plata” klubunun bir qrup azarkeşi Maradonanın ürəyini oğurlamaq istəyib. Bu məlum olduqda həkimlər dəfn mərasimindən əvvəl keçmiş futbolçunun orqanını bədənindən çıxarıblar.

Bundan əlavə, Maradonanın ürəyi həm də ölüm səbəbini müəyyən etmək üçün lazım olduğunu bildirib.

“Maradonanın ürəyi çox böyük - yarım kiloqram idi. Ürəyin çəkisi adətən 300 qramdır. Baxmayaraq ki, o, idmançı idi və onlar adətən başqalarından daha böyük ürəyə sahib olsalar da, məsələ təkcə bundan ibarət deyil. Bu, ürək çatışmazlığı idi", - Kastro deyib.

Xatırladaq ki, 2020-ci il noyabrın 3-də keçmiş idmançıya beyinin subdural hematoması (beyinin sərt qişası ilə beyinin hörümçək toruna bənzər qişası arasında qanın toplanması -red) diaqnozu qoyulub və ertəsi gün əməliyyat olunub. Əfsanəvi futbolçu noyabrın 12-də xəstəxanadan buraxılıb. O, noyabrın 25-də vəfat edib.

Əfsanəvi futbolçu Maradona ürəksiz dəfn edilib