Zlatan İbrahimoviç: "Siyasətdə olsa idim, prezident seçilərdim"

Zlatan İbrahimoviç: "Siyasətdə olsa idim, prezident seçilərdim"

Zlatan İbrahimoviç: "Siyasətdə olsa idim, prezident seçilərdim"

"Siyasətdə olsa idim, prezident seçilərdim".

Polemika.az "The Guardian"a istinadla xəbər verir ki, bunu İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç deyib.

Siyasət və irqçilik mövzusunda danışan 40 yaşlı forvard ABŞ-ın "Los-Anceles Leykers" komandasında çıxış edən basketbolçu Lebron Ceyms haqqında dediklərini xatırladıb:

"Siyasət insanları bölür. Əgər irqçilikdən danışırıqsa, bu, başqadır. Mən siyasətlə məşğul deyiləm. Bunu etsəydim, indi prezident olardım. Lebron Ceymsi şəxsən tanımıram və onu mühakimə etməyi də düşünmürəm. İrqçiliyə qarşı nə fikirləşsə, haqlıdır. Çünki 50 min insanın sənə "qara" deməsi də irqçilikdir. Amma mən siyasətlə yox, idmanla məşğulam".

İbrahimoviç əvvəl Ceymsin siyasətdə həddindən artıq aktiv olduğunu bildirib. Basketbolçu isə öz növbəsində sosial ədalətsizlik və irqi problemlər qarşısında heç vaxt səssiz qalmayacağını vurğulayıb

Zlatan İbrahimoviç: "Siyasətdə olsa idim, prezident seçilərdim"