Ədliyyə naziri Füzuli rayonunda vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Füzuli rayonunda vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Füzuli rayonunda vətəndaşları qəbul edəcək

Ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov martın 2-də Füzuli rayonunda ədliyyə fəaliyyəti ilə bağlı Füzuli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.

Polemika.az xəbər verir ki, vətəndaşlar qəbula Qarabağ və İmişli regional ədliyyə idarələri (əlaqə telefonları: (055) 326-36-37 və (051) 927-66-99), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), (077) 306-93-09 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Həmçinin, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Ədliyyə naziri Füzuli rayonunda vətəndaşları qəbul edəcək