Zelenski: "Putinlə danışıqlara hazıram"

Zelenski: "Putinlə danışıqlara hazıram"

Zelenski: "Putinlə danışıqlara hazıram"

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putini danışıqlar masasına oturmağa çağırıb.

Polemika.az "Unian"a istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti xalqa müraciətində bildirib.

Rus dilində danışan Zelenski deyib:

"Rusiya Federasiyasının prezidentinə bir daha müraciət etmək istəyirəm. Ukraynanın hər yerində döyüşlər gedir. Gəlin danışıqlar masasına oturaq. İnsanların ölümünü dayandırmaq üçün".

Bundan əlavə, Zelenski dərhal Ukrayna Silahlı Qüvvələrinə müraciət edib: "Möhkəm durun. Siz bizim hər şeyimizsiniz. Dövlətimizi qoruyan hər şeysiniz. Ukraynaya eşq olsun!"

Zelenski: "Putinlə danışıqlara hazıram"