Zaurun yerinə Günay keçdi

Zaurun yerinə Günay keçdi

Zaurun yerinə Günay keçdi

Zaur Baxşəliyev koronavirusa yoluxduğundan ATV kanalında yayımlanan "Bizimləsən" verlişinin aparıcılığında dəyişiklik olub.

Polemika.az xəbər verir ki, onun verilişinin aparıcılığını ötən gün həyat yoldaşı və həmkarı Günay Baxşəliyeva edib.

Efir zamanı o, studiyadan Zaura görüntülü bağlantı edilib. Əri Günaya təşəkkür edib:

“Günay, çox sağ ol, sənə əziyyət verdim. Onsuz da əziyyətimi çəkirsən, bu dəfə işdə əziyyətimi çəkirsən. Təşəkkür edirəm. 2 il müddətində maksimum özümü qorumuşam. Sadəcə olaraq bir neçə gün öncə özümdə narahatlıq hiss elədim test verdim pozitiv çıxdı. Üç vaksini vurdurduğuma görə çox rahat keçirirəm”. 

 

Zaurun yerinə Günay keçdi