Tatlısəs özünə yeni sevgili tapdı: 39 yaş kiçikdir - Foto
Tatlısəs özünə yeni sevgili tapdı: 39 yaş kiçikdir - Foto
Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs özünə yeni sevgili tapıb. Özündən 43 yaş kiçik sevgilisi Gülçin Karakayadan ayrılan Tatlısəs öz yarını tapmaqda gecikməyib.
Polemika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, müğənninin yeni sevgilisi də gəncdir. 69 yaşlı Tatlısəs bu dəfə özündən 39 yaş kiçik Ece adlı xanımla görüntülənib.
Cütlük romantik bir payız günündə paparazzilərin obyektinə tuş gəlib.