“Onlar həmkarım yox, düşmənimdir, mənim həmkarlarım namuslu adamlardır...”

“Onlar həmkarım yox, düşmənimdir, mənim həmkarlarım namuslu adamlardır...”

“Onlar həmkarım yox, düşmənimdir, mənim həmkarlarım namuslu adamlardır...”

Bir neçə gün öncə Xalq yazıçısı Anarın məmurlarla bağlı səsləndirdiyi fikirlər hələ də müzakirələrə səbəb olub. Həmkarları buna görə elə Anarın özünü “topa tutdular” və bildirdilər ki, baş verənlərdə onun da günahı az deyil. 

Polemika.az xəbər verir ki, Anar onu günahkar çıxaranları həmkar yox, düşmən adlandırıb:

“Onlar haqlı deyillər və həmkarlarım yox, düşmənlərimdirlər. Çünki mənim həmkarlarım namuslu adamlardır, onların üzünə isə qapım və telefonum həmişə açıqdır. Mən başa düşmürəm ki, özümü məmurlara necə saydıra bilərəm. Qaldı ki, bu haqda mən xalqa yox, ictimaiyyətə açıqlama verdim. Özü də ki, şikayət etmədim, sadəcə sual verdilər və fikrimi bildirdim”.   

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid isə Moderator.az-a açıqlamasında Anar müəllimin həm sonuncu dəfə mətbuatda gedən hekayəsində, həm də açıqlamasında məmurlarla bağlı məsələlərə toxunduğunu bildirdi:

“Anar müəllim həmişə ictimai proseslərə münasibətini bildirir. Bu yaxında yeni hekayəsi çıxdı, ictimai və ədəbi fikri də bu qədər müzakirə olundu. Həm də o hekayənin içində də müəyyən qüsurlara münasibət bildirdi. O cümlədən də məmurlarla bağlı dediklərində də həqiqət var. Hər halda Azərbaycan Yazıçlar Birliyinin sədrinin, Xalq yazıçısının fikirlərinə, zənglərinə etinasız qalmaq düzgün deyil. Çünki Anar müəllim məmurlara təkcə özünün xahişiylə bağlı müraciət etmir. Təxminən 2000 nəfərə yaxın yazıçı var və onların problemləriylə bağlı müraciətlər edir. Ona da cavab olmayanda yazıçılar özlərini məyus, baxımsız hiss edirlər. Buna görə də onun dedikləri məmurlara görk olmalıdır ki, yazıçıların, ədəbiyyat adamlarının fikirlərinə biganə qalmasınlar. Mən bu haqda Vahid müəllimin (Vahid Əziz) də fikirlərini oxudum. O, otuz il əvvəlin söhbətin edir, o küçədə indi də olur ki, maşın saxlamağa yer olmur. Vahid müəllim adi ictimai prosesi Anar müəllimin fikirləri ilə müqayisə etməli deyildi. Hesab edirəm ki, Vahid Əziz bu məsələyə ədalətsiz yanaşıb”./Moderator.az

“Onlar həmkarım yox, düşmənimdir, mənim həmkarlarım namuslu adamlardır...”