Zaqatalada 13 yaşlı yeniyetməni maşın vurdu

Zaqatalada 13 yaşlı yeniyetməni maşın vurdu

Zaqatalada 13 yaşlı yeniyetməni maşın vurdu

Axşam saatlarında Zaqatala-Muğanlı avtomobil yolunun 1-ci kilometrliyində rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində bir nəfərin vurulması ilə nəticələnən yol qəzası baş verib.

Polemika.az xəbər verir ki, 2008-ci il təvəllüdlü rayonun Yuxarı Tala kənd sakini Qurban Vüqar oğlu Beydullayev “Mersedes” markalı minik avtomobili tərəfindən vurulub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Q.Beydullayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./APA

Zaqatalada 13 yaşlı yeniyetməni maşın vurdu