Zaqatala sakinlərindən qanunsuz odlu silahlar götürüldü

Zaqatala sakinlərindən qanunsuz odlu silahlar götürüldü

Zaqatala sakinlərindən qanunsuz odlu silahlar götürüldü

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat tədbirləri keçirilib.

Polemika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, keçirilmiş tədbirlər nəticəsində rayon sakinlərindən ümumilikdə 3 ədəd  “İJ” və “TOZ” markalı müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.

Həmin şəxslər barəsində toplanmış materiallar baxılmasından ötrü rayon məhkəməsinə göndərilib.

Zaqatala sakinlərindən qanunsuz odlu silahlar götürüldü