"Yazıq sənətçilər nə edə bilərlər ki?!" - Həmidə Ömərova

"Yazıq sənətçilər nə edə bilərlər ki?!" - Həmidə Ömərova

"Yazıq sənətçilər nə edə bilərlər ki?!" - Həmidə Ömərova

Ötən gecə Kəlbəcərdə ermənilər tərəfindən törədilən təxribat zamanı bir əsgərimiz şəhid olub. Analoji hallar sərhəddə intensiv xarakter almağa başlayıb. Dünyaya özünü məzlum kimi göstərən, beynəlxalq təşkilatların qarşısında gözyaşı axıdan Ermənistanın hər fürsətdə təxribat törətməsi sənət adamlarını da hiddətləndirib.

Mövzu ilə bağlı Polemika.az-a danışan Xalq artisti Həmidə Ömərova qeyd edib ki, düşmən təxribatlarından əl çəkməyəcək və biz xalq olaraq onlara qarşı hər zaman tətikdə olmalıyıq:

“Mən məsələyə hərbçi, siyasətçi kimi yox, sadə vətəndaş kimi yanaşıb fikirlərimi deyəcəm. Yadda saxlamaq lazımdır ki, düşmən elə düşməndir. Hər zaman ayıq-sayıq olub özümüzü qorumalıyıq. Hərbçilərimiz hər zaman vətənin keşiyində dayanmalı, diqqətli olmalı və ermənilərə qarşı mübarizə aparmalıdırlar. Onlar hər zaman bizimlə düşmənçilik edəcəklər, bu da onların növbəti təxribatlarından biri idi. Bu mövzuda yazıq sənətçilər nə edə bilərlər ki?! Onlar gedib cəbhədə çıxış edirlər, bacardıqları qədər yardım edirlər. Bu məsələyə aidiyyatı qurumlar baxmalı, həll etməlidir. Bizlər yalnız hisslərimizi bölüşə və yalnız təəssüf edə bilərik, amma bu hisslərlə həll olunası məsələ deyil, bunu siyasətçilər, dövlətimiz, sərhəd qoşunları həll etməlidirlər. Məncə, onlar bunun öhdəsindən gəlirlər. Unutmamalıyıq ki, düşmən elə düşməndir”.

Əsmətxanım

"Yazıq sənətçilər nə edə bilərlər ki?!" - Həmidə Ömərova