Ermənilərə "qardaş" demək... - Azərbaycan buna hazırdır?

Ermənilərə "qardaş" demək...

Ermənilərə "qardaş" demək... - Azərbaycan buna hazırdır?

BMT-nin Beynəlxalq Haaqa Məhkəməsinin bu yaxınlarda çıxardığı qərarda iki ölkə – Azərbaycan vəa Ermənistanın üzərinə bir-birinə nifrət aşılamama öhdəliyi qoyub. Buna baxmayaraq, Azərbaycandan fərqli olaraq, Ermənistanda hələ də azərbaycanafobiya öz mövcudluğunu qoruyur.

Polemika.az-a açıqlamasında hüquqşünas, media eksperti Ələsgər Əhmədoğlu bildirib ki, mövcud hüquqi çərçivə hər ölkə onsuz da bu tip çağırışlara yol vermir:

“Bu hüquq tətbiq olsaydı, əlbəttə, problem olmazdı. Amma “bundan sonra necə olacaq” məsələsinə gəldikdə, bu, hər iki dövlət arasında cərəyan edən prosesdən asılıdır. Yekunda sülh olarsa, bu problemlər aradan qalxacaq, olmayacaqsa, məsələnin həlli çox çətindir.

Hər halda Azərbaycanın ərazisini işğal edən, eyni zamanda, qanunsuz hərbi birləşmələr saxlayan tərəfə bir anın içində “qardaş” demək mümkün deyil. 

Beynəlxalq Haaqa Məhkəməsinin öhdəliyi ilə bağlı monitorinq mexanizminə gəlincə, əlbəttə, ictimai monitorinqlər apararaq hesabatlar təqdim oluna bilər”.

Mütəxəssis əlavə edib:

“Bu, həmçinin, iki ölkə arasındakı münaqişənin yekunlaşması və sivil yaşama dönməsindən asılıdır. Azərbaycan tərəfi sistemli şəkildə buna hazır olduğunu desə də, Ermənistan tərəfi buna hazır olmadığını əməlləri ilə isbatlayır”.

Ekspert beynəlxalq təşkilatların ikili standart siyasətinə də toxunub:

“Ümumiyyətlə, beynəlxalq birlik bu məsələdə tərəflərə bərabər yox, ədalətli yanaşmalıdır. İndiki halda hər iki tərəf bərabər tutula bilməz. Çünki biri işğalçıdır, digəri isə işğala məruz qalan. Nə qədər ki, beynəlxalq birlik bu məsələdə Ermənistanı öz sərhədlərinə çəkilməsi və Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq, ona hörmət göstərməsi mərhələsinə vadar etməyəcək, o zaman məsələni reallaşmaq şansları yüksək olmayacaq”.

Rafi MÜSLÜMOV

 

Ermənilərə "qardaş" demək... - Azərbaycan buna hazırdır?