Xətibzadə prezidentlərin görüşündən danışdı: "Tezliklə..."

Xətibzadə prezidentlərin görüşündən danışdı: "Tezliklə..."

Xətibzadə prezidentlərin görüşündən danışdı: "Tezliklə..."

"Tezliklə İran və Azərbaycanın media və ictimai rəy sahəsində yaxşı mübadilələrin şahidi olacağıq".

Polemika.az "Fars News"a istinadla xəbər verir ki, bunu İran XİN-in sözçüsü səid Xətibzadə bildirib.

O, İran Prezidenti İbrahim Rəisi ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında Aşqabad görüşününün nəticələrini şərh edib:

"Biz mediada yaranmış anlaşılmazlıqları aradan qaldırmağa başlamışıq və iki xarici işlər naziri arasında danışıqlar yaxşı razılaşma doğurub. Qarşılıqlı görüş və məsləhətləşmələr çox yaxşı səviyyədə keçib. Xarici işlər nazirinin bununla bağlı "Instagram"da iki ölkə arasındakı əlaqələrin vacibliyini göstərən paylaşımlar da olub".

Səid Xətibzadə, həmçinin deyib: "Ərdoğanın Tehrana səfəri Ali Şura çərçivəsində nəzərdən keçirilib və onun tarixi barədə əlavə məlumat veriləcək. Mövlud Çavuşoğlunun səfəri zamanı Ərdoğanın İrana gəlişinə hazırlıq işləri aparılıb".

Xətibzadə prezidentlərin görüşündən danışdı: "Tezliklə..."