Xətai rayonunda “Çempionumuz” sosial idman layihəsi çərçivəsində görüş keçirildi - Fotolar

Xətai rayonunda “Çempionumuz” sosial idman layihəsi çərçivəsində görüş keçirildi - Fotolar

Xətai rayonunda “Çempionumuz” sosial idman layihəsi çərçivəsində görüş keçirildi - Fotolar

Xətai rayonundakı 221 saylı tam orta məktəbdə "Çempionumuz" sosial idman layihəsi çərçivəsində yeniyetmə və gənclərlə görüş keçirilib.

Polemika.az xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Xətai rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, Kyokşinkay Karate idman növü üzrə Avropa çempionu, 5-ci dan qara kəmər ustası, Əməkdar məşqçi, Seykyokuşin və Full Kontakt Karate birliyinin Azərbaycandakı rəsmi nümayəndəsi Qabil Sayadov, onun tələbələri Elpərəs Sayadov və Etibar Sayadov, 221 saylı tam orta məktəbin direktoru Günel Səmədova və məktəbin istedadlı gəncləri və idmançıları iştirak ediblər.

Görüş ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyünün bərpa olunması uğrunda döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Əvvəlcə layihənin məqsəd və vəzifələri haqqında iştirakçılara ətraflı məlumat verilib. Çıxış edən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Azərbaycanda idmana göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idman və bədən tərbiyəsinin inkişafı və kütləviliyinin təmin edilməsi məqsədilə görülən işlərdən danışıb. V.Rəhimzadə qeyd edib ki, gənclərin idmana marağının artırılması onlarda vətənpərvərlik hissinin formalaşmasında və zərərli vərdişlərdən uzaq olmalarında mühüm rol oynayır. Bu baxımdan ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edən idmançılarla bu cür görüşlərin keçirilməsi yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında və idmana marağının artmasında mühüm əhəmiyyət kəsb edir.

Görüşdə çıxış edən 221 saylı tam orta məktəbin direktoru Günel Səmədova çıxışında məktəbin idmançıları haqqında ətraflı məlumat verib.

Daha sonra çıxış edənlər - Qabil Sayadov, tələbələri Elpərəs Sayadov və Etibar Sayadov görüş iştirakçılarına keçdikləri şərəfli idman yolu haqqında ətraflı məlumat verib, daha sonra yeniyetmə və gənclərin suallarını cavablandırıblar

Xətai Rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev rayonun istedadlı gəncləri və idmançıları haqqında görüş iştirakçılarına ətraflı məlumat verib.

Xətai rayonunda “Çempionumuz” sosial idman layihəsi çərçivəsində görüş keçirildi - Fotolar