Xocalılılar faciənin ildönümünü doğma yurdda ana bilərmi?  - Deputatdan açıqlama

Xocalılılar faciənin ildönümünü doğma yurdda ana bilərmi? 

Xocalılılar faciənin ildönümünü doğma yurdda ana bilərmi?  - Deputatdan açıqlama

Xocalı faciəsinin növbəti ildönümü yaxınlaşır. Qarabağ işğaldan azad olunub. Qarabağ azad olunsa da, Xocalı hələ də işğal altındadır.

Xocalılılar faciənin ildönümünü öz ata-baba yurdunda ana bilərmi? Bunun üçün Rusiya sülhməramlıları ilə danışıqlar aparmaq mümkündürmü?

Deputat Elman Məmmədov Polemika.az-a açıqlamasında deyib:

“30 ildən sonra Azərbaycan torpaqlarının demək olar ki, 99 faizi düşmən əsarətindən azad edildi. Əminliklə deyirəm, Xocalımız da, Xocavəndimiz də, Xankəndimiz də yaxın vaxtlarda erməni işğalından azad olunacaq. Müəyyən səbəblərə görə hazırda həmin ərazilər işğalçıların nəzarəti altındadır. Orada seperatçı qurum fəaliyyət göstərir. Ona himayədarlıq edən Rusiya Federasiyasına məxsus hərbi kontigentdir.

Mən onlara sülhməramlı demirəm, deməyəcəm də. Sülhməramlı missiyasının mandatını Biləşmiş Millətlər Təşkilatı verir. Onlara da bu mandatı heç kim verməyib, "sülhməramlı missiya" adı ilə ərazimizə daxil olublar. Lakin gəldikləri gündən erməniməramlılıqla məşğul olurlar. Xocalıda ermənilərin sayını artırmaqla, hərbi hissələr, səngərlər, istehkamlar yaratmaqla məşğuldurlar.

Xocalıya getməklə bağlı onlara müraciət edilsə, müxtəlif bəhanələr gətirəcəklər. Buna görə də Rusiya hərbi kontingentinin ayağı Qarabağ torpağından kəsilməlidir”.

Nəzrin Vahid

Xocalılılar faciənin ildönümünü doğma yurdda ana bilərmi?  - Deputatdan açıqlama