"Sənətkar" sözündən xoşum gəlmir, nə sənətkarlıq göstərmişəm ki?!” - Xalq artisti

"Sənətkar" sözündən xoşum gəlmir, nə sənətkarlıq göstərmişəm ki?!” - Xalq artisti

"Sənətkar" sözündən xoşum gəlmir, nə sənətkarlıq göstərmişəm ki?!” - Xalq artisti

"Bilirsiniz ki, mən də sovet dövründə sənətə gələn, tanınan bir müğənniyəm. Sənətkar sözünü deyə bilmirəm, çünki sənətkaram sözündən heç xoşum gəlmir, sevmirəm bu sözü. Əslinə qalanda, nə sənətkarlıq göstərmişəm ki?! Sadəcə qəlbimin, fikrimin, duyğularımın düşüncələrini musiqiyə köçürüb oxumuşam".

Polemika.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Xalq artisti Nisə Qasımova bildirib.

Sənətçi doğum gününü sevdikləri ilə qeyd etdiyini bildirib.

"Dostlarım, əzizlərim, qohumlarım, əsasən də övladlarım hər il məni məcbur edirlər ki, mütləq doğum gününü qeyd etməliyik. Bu il də oğlumun istəyi ilə yaxın çevrəmi ətrafıma topladıq. Hər kəsə təşəkkürümü bildirirəm. Amma dərindən düşünəndə görürəm ki, yaş üstə yaş gəlir. İnsan geriyə - gəncliyə getmir, irəli gedir. Bu irəliləyişdə saniyələr, dəqiqələr, saatlar, günlər, aylar, illər var. Ona görə də düşünürəm ki, insan doğum günündən sonra hər saatın, saniyənin qədrini bilməlidir. O gündən başlayıb həyatını daha düzgün, dolğun yaşamaq lazımdır", - deyə Xalq artisti qeyd edib.

Nisə Qasımova ona xoş sözlər yazan, doğum gününü təbrik edən sosial şəbəkə izləyicilərini də unutmayıb:

"Hər kəsi öpüb qucaqlayıram, bir-birinizi sevməkdə heç vaxt usanmayın".

Xalq artisti ən böyük arzusundan da danışıb:

"10 ildən çoxdur ki, nəyisə arzu etmək niyyətində olmuram. Arzular içindən arzu doğur, onlar bitmək-tükənməz bir anlamdır. Ona görə də mənim niyyətimdə müəyyən planlar, işlər görmək olur. Allah məsləhət bilsə, fikrimdə olanları həyata keçirəcəyəm. Nəsib olsa, işğaldan azad edilmiş torpaqlara gedəcəyəm. Qarabağ bizim üçün bir ağrı, acı, nisgil idi. Çox şükür ki, qələbə çaldıq. Artıq rahat, istənilən bir zamanda, istər ailəmizlə, istərsə də sənət dostlarımızla o torpaqları bir daha görmək bizə nəsib olacaq".

Xalq artisti yaradıcılıq planlarını bölüşüb:

"İkram Əliyev oxumağım üçün çox gözəl sözlər yazıb. Bu şeirdə bir insanın mənəvi kimliyini izah edir. Hazırda bu mahnılar üzərində çalışıram".

"Sənətkar" sözündən xoşum gəlmir, nə sənətkarlıq göstərmişəm ki?!” - Xalq artisti