"Qadınların nə əziyyət çəkdiyini pandemiya dövründə anladım" - Əməkdar artist

"Qadınların nə əziyyət çəkdiyini pandemiya dövründə anladım" - Əməkdar artist

"Qadınların nə əziyyət çəkdiyini pandemiya dövründə anladım" - Əməkdar artist

“Qadınların əziyyəti kişilərdən çoxdur. Pandemiya vaxtı bir müddət evdə qaldım. Evdə demək olar ki, iş qurtarmırdı”.

Polemika.az xəbər verir ki, bunu Əməkdar artist Babək Niftəliyev deyib.

“7 Canlı” proqramının qonağı olan xanəndə qadınların əziyyəti barədə danışıb:

“Qadınlar bütün günü ailə qayğıları ilə məşğuldurlar. Bunu bilirdim, amma pandemiya üzündən evdə qalanda daha dərindən dərk etdim”.

Muğam ustadı solo konsert verməyə hazırlaşdığını bildirib:

“Artıq pandemiya arxada qalıb, tədricən əvvəlki həyatımıza dönürük. Solo konsert verməyə hazırlaşıram. Ən böyük arzum odur ki, səhnəyə övladlarımla birlikdə çıxım”. 

"Qadınların nə əziyyət çəkdiyini pandemiya dövründə anladım" - Əməkdar artist