XİN başçıları NATO-nun qərargahında bir araya gəlir

XİN başçıları NATO-nun qərargahında bir araya gəlir

XİN başçıları NATO-nun qərargahında bir araya gəlir

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya-Ukrayna müharibəsini müzakirə etmək üçün NATO-nun Baş Qərargahına gedib.

Polemika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, NATO xarici işlər nazirləri bu gün Rusiya-Ukrayna gündəliyi ilə bir araya gələcək.

Belçikanın paytaxtı Brüsseldə keçiriləcək görüşdə xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edir.

Digər tərəfdən Kanadanın xarici işlər naziri Melani Coli Brüsseldəki fövqəladə toplantıdan əvvəl NATO-nun Rusiyanı təcrid etmək üçün bütün mümkün ssenariləri nəzərdən keçirməli olduğunu bildirib. Coli qeyd edib ki, NATO-nun "qırmızı xətti" beynəlxalq münaqişənin qarşısını almaqdır.

Nəzrin Vahid 

 

 

XİN başçıları NATO-nun qərargahında bir araya gəlir