Rudenko: "Sərhədin delimitasiyası üzrə komissiya yaxın vaxtlarda yaradıla bilər”

Rudenko: "Sərhədin delimitasiyası üzrə komissiya yaxın vaxtlarda yaradıla bilər”

Rudenko: "Sərhədin delimitasiyası üzrə komissiya yaxın vaxtlarda yaradıla bilər”

“Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiya yaxın vaxtlarda yaradıla bilər”.

Polemika.az “RIA Novosti”yə istinadla xəbr verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

O xatırladıb ki, noyabrın 26-da Soçidə Rusiya, Ermənistan və Azərbaycan liderləri Rusiyanın məsləhətçi dəstəyi ilə Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması barəsində razılığa gəliblər.

“Biz, bunun tezliklə baş verəcəyini güman edirik. Bu yüksək səviyyəli sazişin həyata keçirilməsi üçün keçilməz maneə görmürük”.

Rusiya XİN rəhbərinin müavini qeyd edib ki, may ayında Ermənistan-Azərbaycan sərhədinin bəzi hissələrində vəziyyətin gərginləşməsi başlayandan Rusiya vasitəçi kimi çıxış edərək, Ermənistan və Azərbaycan arasında müvafiq danışıqlar prosesinin başlanmasına öz yardımını təklif edib:

“Qeyd etmək istərdim ki, insidentlər birbaşa Rusiya sülhməramlılarının məsuliyyət sahəsi ilə bağlı deyil, problem sovet dövründən qalmışdır, çünki iki ölkə arasında dövlət sərhədi üçün lazımi beynəlxalq hüquqi baza yoxdur. iki ölkə”, - deyə A.Rudenko vurğulayıb.

Rudenko: "Sərhədin delimitasiyası üzrə komissiya yaxın vaxtlarda yaradıla bilər”