“Xankəndinin azad olunmasını 3-4 il gözləməliyik” - Aqil Abbas

“Xankəndinin azad olunmasını 3-4 il gözləməliyik” - Aqil Abbas

“Xankəndinin azad olunmasını 3-4 il gözləməliyik” - Aqil Abbas

“Laçın dəhlizini bağlamaq bizim əlimizdə deyil”.

Polemika.az xəbər verir ki, bu gün bu sözləri TV Müsavatın efirində “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə yayımlanan “Dərin Təhlil” verilişində millət vəkili Aqil Abbas bildirib. Onun sözlərinə görə, biz sənədə qol çəkmişik və hələ ki, 5 il müddətinə ərazi onların əlindədir, nəzarət etməlidir: “Onlar da nəzarət etmək əvəzinə, hər kəsin ora gəlib getməsinə icazə verirlər. Fransanın prezidentliyə namizədi də gəlib getdi icazəsiz. Sülhməramlılar sülh yaratmırlar, amma eyni zamanda mənim onlara yazığım gəlir. Ermənilərə nökərçilik edirlər. Kartof əkirlər, üzüm əkirlər, ev tikirlər, uşaqlarına güllə atmağı öyrədirlər. Doğurdan yazığım gəlir. Rusiya kimi bir imperiya beş-on erməniyə nökərçilik edir”.

A.Abbas eyni zamanda bizim Şuşaya Füzulidən keçərək getməyimizə də toxunub. “Necə ola bilər ki, biz Şuşaya Füzulidən gedək?” deyə sual edən A.Abbas Ağdamdan Şuşaya 37 kilometr olduğunu xatırladıb: “Axırıncı Qarağacdan götürəndə 30 kilometr düşür. Niyə onlar Laçın dəhlizindən gəlib gedə bilərlər, amma biz Kəlbəcərə Toğanadan getməliyik? Ağdərədən gedə bilərik halbuki. Necə ki, onlara icazə verirlər gəlməyə, bizə də. Yük maşınlarını Suqovuşandan yoxlayırlar. Sülhməramlıar da erməni polislərin böyründə kukla kimi dayanıb. Bizə göz dağı verirlər. Biz də bir az tələsirik. 30 il Qarabağın azadlığını gözlədik. 3-4 il də Xankəndinin azad olunmasını gözləməliyik”.Musavat.com

“Xankəndinin azad olunmasını 3-4 il gözləməliyik” - Aqil Abbas