DİN blogerlər arasında müsabiqə elan etdi

DİN blogerlər arasında müsabiqə elan etdi

DİN blogerlər arasında müsabiqə elan etdi

Daxili İşlər Nazirliyi (DİN) anti-narkotik təbliğatının gücləndirilməsi məqsədilə blogerlər arasında müsabiqə elan edib.

Polemika.az xəbər verir ki, müsabiqələrin mövzuları və keçirilmə qaydaları aşağıdakılardır:

1. Narkotik vasitələrin qanunsuz dövriyyəsində polis əməkdaşlarının qətiyyətli mübarizəsi;

2. Narkotik vasitələr və psixotrop maddələr insan sağlamlığını və psixologiyasını məhv edir;

3. Narkotik vasitələr və psixotrop maddələr stresi azaltmır, problemləri həll etmir;

4. Narkotik vasitələr və psixotrop maddələr istifadəçilərin həyatını məhv edir;

5. Narkotik vasitələr və psixotrop maddələr ailələrin dağılmasına, sonsuzluğa və digər ağır fəsadlara səbəb olur.

6. Narkotik vasitələrin və psixotrop maddələrin insan üçün heç bir faydası yoxdur;

7. Narkomanlıq bir şəxsin yox, bir ailənin faciəsidir.

Müsabiqə “Ən yaxşı qısametrajlı film”, “Ən yaxşı foto (fotoaparat ilə)” və “Ən yaxşı mahnı (klip)” nominasiyaları üzrə keçirilir.

Hazırlanmış material şəxsin sosial şəbəkə səhifəsində #narkotikəyoxdeyək #narkotikləmübarizədəpolisədəstəkolaq #narkotikmüsabiqə həştəqləri ilə birlikdə paylaşılmalıdır.

Hər istiqamət üzrə 3 qalib müəyyən edilir:

I yer - 1000 AZN

II yer - 500 AZN

III yer - 300 AZN

Qeyd edək ki, paylaşılan materiallara baxış sayı qalibin müəyyən edilməsində rol oynayacaq.

DİN blogerlər arasında müsabiqə elan etdi