Vətəndaşların DİQQƏTİNƏ: Bu şəxslər cəzalandırılacaq - Video

Vətəndaşların DİQQƏTİNƏ:

Vətəndaşların DİQQƏTİNƏ: Bu şəxslər cəzalandırılacaq - Video

Dövlət xəstəxanalarında icbari tibbi sığortası olduğu təqdirdə vətəndaşlardan pul tələb edən səhiyyə əməkdaşları, inzibati işçilər və hətta xəstəxana rəhbərləri ilə bağlı ciddi statistika qeydə alınıb və bununla bağlı aidiyyəti üzrə cəza tədbirləri də görülüb.

Polemika.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin Koordinatoru Pərvin Baxşəliyeva bildirib.

Qurum rəsmisi deyib ki, vətəndaşlar xəstəxanalarda hər hansı neqativ hallarla qarşılaşırsa mütləq Agentliyə müraciət etsinlər.

Pərvin Baxşəliyeva həmçinin bildirib ki, icibari tibbi sığortası olan şəxslərin stasionar müalicələri zamanı onların bütün dərman preparatları da pulsuz qarşılanmalıdır.

Xəzərxəbər

Vətəndaşların DİQQƏTİNƏ: Bu şəxslər cəzalandırılacaq - Video