"Valideyn deyir ki, səni cıraram. Müəllim kağızdır onu cırasan?"

"Valideyn deyir ki, səni cıraram. Müəllim kağızdır onu cırasan?"

"Valideyn deyir ki, səni cıraram. Müəllim kağızdır onu cırasan?"

“Müəllim şagirdi cəzalandıranda ana durur gedir məktəbə, elə uşağın yanındaca müəllimin üstünə şığıyır, çığırır, müəllimi təhqir edir...”

Bu sözləri Polemika.az-a müğənni Nadir Qafarzadə deyib. Şagirdlərin məktəblərdə intizamsız davranışları barədə danışan sənətçi burada günahın birbaşa analarda olduğunu bildirib:

“Şagirdlərin bugünkü davranışlarında günahkar birbaşa valideyndir. Çünki bu gün bəzi analar övladları ilə ciddi maraqlanmırlar, ata işdə olur, onları qınamıram. Amma ata da uşağa bir söz deyəndə ana tez uşağı müdafiə edir.

Mən bunu həyat təcrübəmdə də görmüşəm. Analar həmişə övladı müdafiə edir, övlad da ananın müdafiəsinə arxayınlaşır və dəcəlliyə davam edir. Son zamanlar bəzi analar oturub ancaq sosial şəbəkələrdə gün keçirirlər, uşaq da unudulur. Yaxud uşağın əlinə telefonu verirlər ki, sakit qalsın, ona mane olmasın. Bu reallıqdır. Belə uşağı məktəbə göndərəndə, o, həmin tərbiyəsizliyi məktəbdə də edir. Müəllim də şagirdə bir söz deyəndə ana başlayır dil uzatmağa. Müəllim şagirdi cəzalandıranda ana durur gedir məktəbə, elə uşağın yanındaca müəllimin üstünə şığıyır, çığırır, müəllimi təhqir edir. Deyirlər ki, “Sən mənim uşağıma söz deyə bilməzsən, sən kimsən ki? Cıraram səni!” İfadəmə görə üzr istəyirəm, müəllim kağızdırmı, niyə cırırsınız onu? Müəllim cəmiyyət yetişdirir, ay tərbiyəsiz valideyn! Sizi də yetişdirən müəllim olub, müəllim olmasa, cəmiyyət olmaz, gələcək olmaz”.

Qafarzadənin sözlərinə görə, analar övladlarını hər pis davranışda müdafiə etdikdə gələcəkdə fəsadlar daha böyük olacaq:

“Mən ən çox analara üz tuturam, günah sizdədir. Birincisi, ata uşağı tənbeh edəndə onun üstündən adlayıb övladı müdafiə etməyin, ikincisi, evdə uşağa tərbiyə verin, sosial şəbəkələrdən əl çəkin, bəsdir, yekə qadınlarsınız. Günah sizdədir, sonra da günahı müəllim üstünə atırsınız.Siz şagirdin yanında müəllimi təhqir edirsiniz, ona görə də şagird arxayınlaşır, gələn dəfə daha pis şeylər edir”.

İfaçı məktəb illərini xatırlayaraq özünə də dəcəlliyə görə şillə dəydiyini etiraf edib:

“Sovet dövrünün məktəbləri, təhsili ilə indiki arasında yerlə göy qədər fərq var. O vaxt müəllimi görəndə bizi qarın ağrısı tuturdu, sancılanırdıq. Dərsə hazırlıqsız gələndə bilirdik ki, həmin günü bir ayağımızın üstə, küncdə keçirəcəyik. Bunu yaşamamaq üçün oxuyurduq. Düzdür, bizi vurmurdular, amma kaş mənim müəllimlərim sağ olaydı, inanın, onların şilləsi də mənə şirin idi.

Rəhmətlik Şaban müəllimim var idi. Həm rus dili müəllimim, həm də direktorumuz idi. Bir dəfə mənə şillə vurub, o qığılcım indiyə kimi gözümdədir. Sonra mən onun qızının toyunda oxumuşdum. Nadinclik edirdim deyə o şillə mənə dəymişdi. Amma biz bu gün yayılan videolardakı kimi şuluqluq etmirdik, bizim şuluqluqlarımızda da bir şirinlik varidi. O, uşaq şuluqluğu idi, indikilər kimi aqressiv davranışlar deyildi. Biz tənbeh alandan sonra özümüzü yığışdırırdıq. Çünki istəmirdik ki, sabahkı gün 25 nəfərin içində qızaraq. Mən o vaxt gedib anama deyəndə ki, “Şaban müəllim məni vurub” qayıtdı ki, “Əcəb edib vurub. Demək ki, özünü yaxşı aparmamısan, o da vurub. Niyə başqalarını vurmur?” Amma bu gün vəziyyət əksinədir, uşaq gəlib evdə bunu deyəndə valideyn tez məktəbə qaçır”.

Əsmətxanım Rzazadə

"Valideyn deyir ki, səni cıraram. Müəllim kağızdır onu cırasan?"