"Özüm orda olsam, Rəmişin ruhuna bəsdir”

"Özüm orda olsam, Rəmişin ruhuna bəsdir”

"Özüm orda olsam, Rəmişin ruhuna bəsdir”

Bir neçə gün öncə Azərbaycanın xalq artisti, mərhum gitaraçı Rəmişin (Rafiq Hüseynov) doğum günü olub.

Polemika.az-a sənətçinin xanımı Gülü Hüseynova mərhumun doğum gününün sosial şəbəkələrdə yanlış qeyd olunduğunu bildirib:

“Əslində, noyabrın 13-dədir. Niyə hər yerə 14-ü yazırlar anlamıram. Bunu kim edir, niyə yazıb, bilmirəm. Rəmişin şəxsiyyət vəsiqəsində, doğum şəhadətnaməsində, bütün sənədlərində ad günün 13 noyabr kimi qeyd olunub”.

Sənətçinin xanımı doğum günündə məzarını ziyarət etdiyini, sənət dostlarından yanında az adam olduğunu deyib:

“Mən nə deyirəm, saytlar çox vaxt əksinə yazırlar. Ona görə, açığı, bu mövzuda çox danışmaq istəmirəm. Rəmişin doğum günündə özüm oldum. Sənət dostlarından bir neçə nəfər var idi, elə də çox adam gəlməmişdi. Özüm orda olsam, Rəmişin ruhuna bəsdir”.

Əsmət 

"Özüm orda olsam, Rəmişin ruhuna bəsdir”