AMEA-nın qurultayı çağırılıb? – İddia

AMEA-nın qurultayı çağırılıb? – İddia

AMEA-nın qurultayı çağırılıb? – İddia

Fevralın 9-da AMEA-nın Ümumi Yığıncağının keçirilməsi planlaşdırılır.

Bu barədə məlumatlı mənbələrdən “Polemika.az”a daxil olan xəbərdə bildirilir. Qeyd olunur ki, yığıncaqda Ramiz Mehdiyev istefaya göndəriləcək. Akademik Vaqif Abbasovun isə AMEA-nın yeni prezidenti seçiləcəyi deyilir.

Məsələ ilə bağlı Akademiyanın mətbuat katibi Azadə Balayeva “Polemika.az”a açıqlamasında bu xəbərin həqiqətəuyğun olmadığını, Ümumi Yığıncağın keçirilməsi haqda hər hansı qərar verilmədiyini deyib.

Bildirək ki, yeni prezident seçiləcəyi deyilən akademik Vaqif Abbasov bu gün Meehdiyevlə bağlı bəyanat yayıb, onu istefaya çağırıb. 

Hazırda Neft-Kimya Prosesləri İnstitutunun direktoru postunu tutan Vaqif Abbasovla Mehdiyev arasında ötən ilin sonlarında qarşıdurma olmuşdu. AMEA prezidenti onu korrupsiyada ittiham etmişdi. Neft-Kimya Prosesləri İnstitutunda yoxlamaların aparıldığını bildirən AMEA rəhbəri bir çox sənədlərin gizlədildiyini, müəyyən məsələlərin yenidən araşdırıldığını söyləmişdi.

Onun səsləndirdiyi ittihamları olduğu kimi təqdim edirik: "Vaqif Abbasov 10 ildən artıqdır ki, Neft-Kimya Prosesləri İnstitutunda direktor işləyir. Vaqif Abbasov xeyli maliyyə vəsaiti qazansa da, institut 1 manat da olsun, Akademiyanın büdcəsinə xeyir verməyib. Müəssisəyə müraciətlər olanda isə özünün Yüksək Texnologiyalar Parkındakı şirkətinə tapşırır və pul qazanırlar”.

 

AMEA-nın qurultayı çağırılıb? – İddia