Un bahalaşacaq? - Açıqlama

Un bahalaşacaq?

Un bahalaşacaq? - Açıqlama

“Rusiya-Ukrayna münaqişəsi bir çox məhsullara, eləcə də taxıla olan tələbatın ödənilməsində müəyyən problemlər yaradacaq. Nəzərə almaq lazımdır ki, həm Rusiya, həm də Ukrayna ciddi taxıl istehsalı və ixracına malikdirlər. Dünya üzrə buğda istehsalının 25 faizi, qarğıdalı istehsalının isə 20 faizdən çoxu məhz bu iki dövlətin payına düşür. Ona görə də bir çox ölkələrdə, xüsusilə də idxaldan asılı olan dövlətlərdə taxıl tələbatının ödənilməsi ilə bağlı ciddi problemlər yaşana bilər”.

Polemika.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Ekspert bildirib ki, taxıl ixracı potensialına malik ölkələrdə istehsalın zəifliyi, eyni zamanda ixraca qoyulan rüsumların qaldırılması qiymət artımına səbəb olacaq: “Qiymətlərin bahalaşması da yerlərdə unun, eləcə də çörəyin bahalaşmasına gətirib çıxaracaq. Bu, real gözləntidir. Sadəcə olaraq, qiymət artımının qarşısının alınması üçün dövlət dəstək proqramlarının işə salınması, subsidiyaların verilməsi mümkündür. İstənilən halda, Azərbaycanda qıtlıq olacağını hesab etmirəm, çünki ölkənin valyuta ehtiyatı hesabına taxıla olan tələbatın ödənilməsi mümkündür. Nəzərə almaq lazımdır ki, Azərbaycanda valyuta ehtiyatı artır. Müharibənin inflyasiya, qiymət artımı, taxıl qıtlığı yaratmaq ehtimalı olsa da, eyni zamanda bu müharibə dünya bazarında neftin və qazın qiymətinin qalxmasına səbəb olub. Bu da ölkəyə daha çox valyuta ehtiyatının daxil olmasına zəmin yaradıb”./Pravda.az

Un bahalaşacaq? - Açıqlama