Ukraynanın Rusiyaya güzəştləri: “Kremlin iştahı arta bilər”

Ukraynanın Rusiyaya güzəştləri:

Ukraynanın Rusiyaya güzəştləri: “Kremlin iştahı arta bilər”

“Mən belə fərziyələrdən, proqnozlardan yan keçmişəm. Çünki hadisələri kənardan izləyirik".

Bu sözləri Polemika.az-a açqılamasında siyasi şərhçi İlqar Vəlizadə deyib.

O, Ukrayna prezidenti Volodimir Zelenskinin səsləndirdiyi “Donbass və Krımın məsələsində uzlaşa bilərik” fikirlərini şərh edərkən deyib:

“Tərəflər hazırda danışıqlar aparırlar, lakin bu danışıqlar daha çox atəşkəslə bağlıdır. Doğrudur, digər məsələlər də müzakirə olunur, o cümlədən Krımın, Donbassın taleyi ilə bağlı məsələlər. Amma onlar birinci məsələlər deyil. Hər halda, tərəflərin yanaşmaları da bundan xəbər verir.

İnanmıram ki, Ukrayna Krımın Rusiyanın tərkibində qalmasını istəyər, habelə bununla razılaşar. Eləcə də Donbassın müstəqilliyi ilə barışma məsələsində. Belə olan halda, Ukraynanın apardığı müharibənin heç bir əhəmiyyəti və əsası olmayacaq. Çünki sabah Rusiyanın iştahası arta və digər əraziləri ilhaq edə bilər”.

Siyasi şərhçi düşünür ki, aralıq sövdələşmələri mümükündür:

“Tutaq ki, Donbasa Ukrayna tərkibində maksimum muxtariyyət verilə bilər. Eyni zamanda, Krım və Donbas demilitarizasiya olunmuş zona olar. Sözsüz ki, bunlar hamısı fərziyyələrdir. Yəni bu səpkili aralıq sövdələşmələr, habelə bu tip həll yolları danışıqlar əsnasında ərsəyə gələ bilər”.

Rafi MÜSLÜMOV

Ukraynanın Rusiyaya güzəştləri: “Kremlin iştahı arta bilər”