Ukraynada nə gözlənilir? - "Zelenski Kiyevi tərk edən kimi..."

Ukraynada nə gözlənilir? - "Zelenski Kiyevi tərk edən kimi..."

Ukraynada nə gözlənilir? - "Zelenski Kiyevi tərk edən kimi..."

“Rusiya qoşunlarının Hostomel - Antonov aeroportuna desant endirib möhkəmlənmək və Kiyevin ətraf rayonlarına aktiv hücum cəhdlərindən belə qənaətə gəlmək olar ki, Putin Rusiyasının əsas məqsədi Kiyev üzərində tez bir zamanda nəzarəti ələ keçirməkdir”. 

Bu sözləri Polemika.az-a politoloq Əhməd Əlili deyib. O, qeyd edib ki, Rusiyanın məqsədi Ukraynada marionet hökümət qurmaqdır:

“Rusiyanın məqsədi Ukraynanın mövcud hökumətini devirmək, yerinə özünə münasib insanları hakimiyyətə gətirmək - marionet hökumət qurmaqdır. Ola bilsin ki, Kiyev ətrafına olan hücumlar mövcud hökumət üzvlərini qorxutmaq və ölkədən qovmaq məqsədi daşıyır. Zelenski Kiyevi tərk edən kimi (hətta Lvova gedərsə belə), avtomatik olaraq Kiyevdə Ukraynanın “yeni ali-siyasi idarəedicisi” peyda olacaqdır”.

Politoloqun sözlərinə görə, əgər  Zelenski paytaxtı tərk edərsə, bu Rusiyanın qalibiyyəti olacaq:

“Bu zaman hərbi əməliyyatları dayandırmaq, Rusiyanın qalib gəldiyini elan etmək olar. Putinin öz mübarizəsinə “Qərbin hakimiyyətə gətirdiyi faşistlərin qardaş Ukrayna xalqına verdiyi zülmləri durdurmaq” kimi haqq qazandırması mümkündür. Bundan sonra Donbas və Luqanskın (Krım yox) Ukraynanın tərkibinə qaytarılması çox ehtimal olunandır.

Yeni “ali-siyasi idarəedici” bir neçə ay sonra Putin və Lukaşenko ilə yanaşı durub SSRİ -2.0-ı elan edə bilər”.

Əsmətxanım

 

 

Ukraynada nə gözlənilir? - "Zelenski Kiyevi tərk edən kimi..."