Ukrayna ruslar üçün sürpriz hazırlayır: “Hansı silahları aldığımızı paylaşmayın!”

Ukrayna ruslar üçün sürpriz hazırlayır: “Hansı silahları aldığımızı paylaşmayın!”

Ukrayna ruslar üçün sürpriz hazırlayır: “Hansı silahları aldığımızı paylaşmayın!”

Ukraynanın Müdafiə naziri Oleksey Reznikov ölkə vətəndaşlarına müraciət edib.

“Polemika.az” xəbər verir ki, o, öz müraciətində vətəndaşlardan, döyüşçülərdən Ukraynanın haradan, hansı silahları alması haqda məlumat paylaşmamağı xahiş edib:

“Xahiş edirəm ki, bəzi dövlətlər ölkəmizə silah tədarük edir deyə şayiə yaymayın. Bu barədə şərh verməkdən çəkinin. Bu məsələlərlə bağlı danışmaq hüququnu yalnız hakimiyyət orqanları özündə saxlayır. 

İnsanların xoş xəbərləri paylaşmaq istəyini başa düşürəm. Amma bəzən bu, nəticəyə mənfi təsir göstərən informasiya fonu yaradır”.

Daha sonra o bildirib ki, düşmənin nə gözlədiyini bilməsi lazım deyil: “Qoy, bu, onun üçün xoşagəlməz bir sürpriz olsun”.

Ukrayna ruslar üçün sürpriz hazırlayır: “Hansı silahları aldığımızı paylaşmayın!”