"Təslim sənədləri Mqer Qriqoryan və Suren Papikyan imzalayacaq" - Erməni nəşri

"Təslim sənədləri Mqer Qriqoryan və Suren Papikyan imzalayacaq" - Erməni nəşri

"Təslim sənədləri Mqer Qriqoryan və Suren Papikyan imzalayacaq" - Erməni nəşri

"Dünən axşam saatlarına kimi “Vətəndaş Müqaviləsi” fraksiyasının iclası keçirilib. Məlum olduğu kimi, hakim fraksiya deputatları Baş nazirin müavini Mqer Qriqoryanın Moskvaya səfərinin yekunlarını müzakirə ediblər".

Polemika.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.

Erməni nəşri “ArmLur.am-a istinadla mövzunun davamında qeyd edir:

"İclasda əsasən Baş nazir Nikol Paşinyan və müdafiə naziri Suren Papikyan çıxış edərək bildiriblər ki, bəzi məqamlar üzrə vahid qərar qəbul etməlidirlər ki, Mqer Qriqoryanın gələcəkdə onları komissiyaya təqdim etsin. İştirak edənlərdə belə bir təəssürat yaranıb ki, yenidən imzalanmaq üçün sənəd hazırlanır, bu barədə heç bir əsaslı təqdimat və müzakirə aparılmır.

Bundan sonra “məşhur” sənədləri, ehtimal ki, Baş nazir Paşinyan yox, Mqer Qriqoryan və Suren Papikyan imzalayacaq. Görünən odur ki, təslim olma ətaləti və ölkə ərazilərinin daim təslim olması dayanmır, lakin bu prosesə görə məsuliyyətin böyük bir hissəsi artıq Paşinyanın simasında bir nəfərə həvalə olunacaq, çoxşaxəli xarakter daşıyacaq.

Bununla paralel olaraq, dünən Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, Azərbaycanla sənədlə bağlı razılığa gəlmək mümkün deyil, ona görə də bu bəyanatdan sonra "Vətəndaş Müqaviləsi" fraksiyasının növbədənkənar iclası narahatlıq doğurur”.

"Təslim sənədləri Mqer Qriqoryan və Suren Papikyan imzalayacaq" - Erməni nəşri