Təhsil şöbələrinin ləğvi hansı nəticələr verəcək?

Təhsil şöbələrinin ləğvi hansı nəticələr verəcək?

Təhsil şöbələrinin ləğvi hansı nəticələr verəcək?

“Azərbaycan Prezidentinin sərəncamı ilə bu gün təhsil şöbələri ləğv olunaraq regional idarələr yaradıldı. Təhsildə idarəetmənin regionallaşması bu sahədə nəzarətə kənar müdaxilələrin minimumlaşdırılması, şəffaflığın artırılması və idarəetmənin səmərəliliyinin daha da yüksəldilməsi baxımdan vacib idi. Digər tərəfdən, sözügedən sərəncamda yaradılan bu bregional formatda idarələr digər sektorlarda, o cümlədən yerli idarəetmə sisteminin təkmilləşdirilməsi baxımdan da məqsədəuyğun olar”.

“Polemika.az” xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. O, bildirib ki, bir müddət öncə, Azərbaycan Prezidentinin sərəncamı ilə Qarabağ İqtisadi Rayonu üzrə xüsusi nümayəndə təyin olunmuşdu. 

“Bu yerli idarəetmənin iqtisadi rayonlar üzrə transferi baxımdan yeni yanaşma kimi də qiymətləndirilir. Bu kontekstdən, təhsil sektorunda idarəetmənin təkmilləşdirilməsi institutsional islahat kimi xarakterizə olunmalıdır”.

Təhsil şöbələrinin ləğvi hansı nəticələr verəcək?