Türkiyə ordusu daha 10 terrorçunu zərərsizləşdirdi

Türkiyə ordusu daha 10 terrorçunu zərərsizləşdirdi

Türkiyə ordusu daha 10 terrorçunu zərərsizləşdirdi

Türkiyə Silah Qüvvələri Suriyanın şimalında keçirilən antiterror əməliyyatlarında 10 PKK silahlısını zərərsizləşdirib.

Polemika.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, "Fərat qalxanı" antiterror əməliyyatı bölgəsində hücum hazırlığında olan 4 terrorçu, "Sülh bulağı" antiterror əməliyyatı bölgəsində isə 6 terrorçu məhv edilib.

Nazirlik bölgədə əməliyyatların davam etdirildiyini qeyd edib.

Türkiyə ordusu daha 10 terrorçunu zərərsizləşdirdi