Türkiyə DİN rəhbəri Tehrana səfər etdi
Türkiyə DİN rəhbəri Tehrana səfər etdi
Türkiyənin daxili işlər naziri Süleyman Soylu İrana gəlib.
Polemika.az xəbər verir ki, Soylu Tehranda əvvəlcə İran DİN rəhbərinin müavini Hüseyn Zülfiqari lə görüşüb.
Bundan sonra onun İranın daxili işlər naziri Əhməd Vəhidi ilə görüşü olacaq.
Görüşdə iki nazirlik arasında təhlükəsizlik və hüquq-mühafizə əməkdaşlığına dair anlaşma memorandumu müzakirə mövzusu olmalıdır.
Süleyman Soylu ilə birlikdə Jandarma Komandanlığı rəisi və Türkiyə Daxili İşlər Nazirliyinin Təhlükəsizlik və Asayiş İşləri Qurumunun rəhbəri də Tehrana səfərində onu müşayiət edir.