ABŞ-ın Türkiyədəki yeni səfiri təsdiqləndi

ABŞ-ın Türkiyədəki yeni səfiri təsdiqləndi

ABŞ-ın Türkiyədəki yeni səfiri təsdiqləndi

Senat ABŞ prezidenti Co Bayden tərəfindən irəli sürülən 4 səfiri təsdiqləyib.

Polemika.az xəbər verir ki, onların arasında Arizona ştatının keçmiş senatoru Ceff Fleyk də var.

O, ABŞ-ın Türkiyədəki səfiri vəzifəsinə təsdiq edilib.

Respublikaçı Fleyk 2013-2019-cu illərdə ABŞ Konqresinin yuxarı palatasında, 2001-2013-cü illərdə isə aşağı palatada Arizona ştatını təmsil edib.

Qanunverici ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü idi.

Ceff Fleyk ölkənin əvvəlki lideri Donald Trampı dəfələrlə tənqid edib. Keçən il prezident seçkilərindən əvvəl Fleyk demokrat Baydeni dəstəkləyib.

Senatda keçirilən əvvəlki dinləmələrdə yeni səfir "S-400"-lərin alışı ləğv edilmədikcə CAATSA-nın Türkiyəyə qarşı tətbiq edilməli olduğunu söyləyib. O qeyd edib ki, Ankaranın demokratiyadan geri çəkilməsindən və ifadə azadlığı, birləşmək və dinc toplaşmaq azadlığı baxımından mənfi trayektoriyadan narahatdır.

Həmçinin, Fleyk Konqresdə "erməni soyqırımı"nın tanınmasına səs vermədiyi halda, Senatın müzakirələrində "soyqırımı" iddialarına rəğbətini bildirib.

ABŞ-ın Türkiyədəki yeni səfiri təsdiqləndi