Türk ordusu PKK-ya qarşı genişmiqyaslı əməliyyatlara başladı

Türk ordusu PKK-ya qarşı genişmiqyaslı əməliyyatlara başladı

Türk ordusu PKK-ya qarşı genişmiqyaslı əməliyyatlara başladı

Türk ordusu Şırnak əyalətində “PKK”ya qarşı “Eren Kış-1” antiterror əməliyyatlarına başladığını bəyan edib. Əməliyyatda 1550 şəxsi heyət iştirak edir.

Polemika.az xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

PKK terror təşkilatını ölkə gündəmindən çıxarmaq və bölgədə gizləndiyi hesab edilən terrorçuları zərərsizləşdirmək məqsədilə Şırnakda “Eren Kış-1 (Bestler-Dərələr)” əməliyyatına başlanılıb.

Əməliyyatda, Şırnak Jandarma Region Komandanlığı idarəsi altında; Jandarma Komando, Jandarma Xüsusi Əməliyyatlar (JÖH), PÖH və Təhlükəsizlik Mühafizə qruplarından ibarət 1550 şəxsi heyətdən ibarət 121 əməliyyat qrupu iştirak edir.

Ölkədə terroru tamamilə aradan qaldırmaq üçün həyata keçirilən “Eren Kış-1” əməliyyatları əzm və müvəffəqiyyətlə davam edir.

Türk ordusu PKK-ya qarşı genişmiqyaslı əməliyyatlara başladı