"Nə evim vardı, nə pulum, amma böyük bir şairin qızını aldım"

"Nə evim vardı, nə pulum, amma böyük bir şairin qızını aldım"

"Nə evim vardı, nə pulum, amma böyük bir şairin qızını aldım"

Son illər ailə quran gənclər arasında yaş həddinin artdığı müşahidə edilir. Əgər əvvəllər gənclər 22-23, bəzən isə 25 yaşında izdivaca girməyə meyl edirdilərsə, indi bu hədd 30-35 yaşa qədər yüksəlib. 

Gənclərin gec evlənməsinə səbəb kimi sosial problemlər göstərilir. İşsizlik, şəxsi mənzilin olmaması gənc ailələrin qurulmasını əngəlləyir.

İddialardan biri də odur ki, qız tərəfi ailə həyatı qurmaq istəyən oğlanlardan ev, iş, maşın, təminatlı iş tələb etdiyi üçün bu baş tutmur. Oğlanın evinin, işinin olması və ya tələb edilməsi vacibdirmi? Yoxsa, gənclərin yuva qurması üçün saf məhəbbət bəs edir?

Mövzu ilə bağlı Polemika.az-a açıqlama verən Milli Məclisin üzvü Aqil Abbas bildirib ki, bir-birini sevirlərsə, bunları sonradan da qazanmaq olur.

“Təbii ki, heç kim qızını evsiz biri ilə evləndirmək istəməz. Ancaq sevgi varsa, ev, iş, maddiyyat bunlar boş şeydir. Belə söhbətlər keçmişdə qalıb artıq. İnsanlar birlikdə olduğu zaman, ev də tikirlər, iş də tapırlar, hər şeyi birlikdə qura bilirlər. Vallah, mən bəzən elə görürəm ki, evlənmə yaşına çatmayanlar da evlənirlər. Ancaq hazırda çox gəncin kriteriyaları fərqlidir.

Xüsusilə qız evi istəyir ki, qızı gedib odun-alovun içinə düşməsin, ehtiyac içində yaşamasın. Buna görə də, gənclər təhsillərinə önəm verməli və öz gələcəklərini düşünməlidirlər. Ancaq mən onu bilirəm ki, özüm Azərbaycanın böyük bir şairinin qızı ilə ailə həyatı qurmuşam. Həmən vaxt jurnalda adi bir müxbir işləyirdim, nə evim vardı, nə pulum. Ancaq mənə o qızı verdilər, sonra biz getdik ev də tikdik və s. Bu insanların bir-birinə münasibətdən asılıdır. Əslində, atası qızı mənə verməyə də bilərdi, ancaq saf məhəbbət sonda qalib gəldi”. 

Ayzel 

 

 

"Nə evim vardı, nə pulum, amma böyük bir şairin qızını aldım"