Toya gedənləri polis qarşıladı: 18 nəfər məclisə buraxılmadı

Toya gedənləri polis qarşıladı: 18 nəfər məclisə buraxılmadı

Toya gedənləri polis qarşıladı: 18 nəfər məclisə buraxılmadı

Dekabrın 24-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 301 toy şənliyinin monitorinqini həyata keçirib.  

DİN-dən Polemika.az-a verilən məlumata görə, monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində 18 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Toya gedənləri polis qarşıladı: 18 nəfər məclisə buraxılmadı