Tolikdən Cavanşir Məmmədova maraqlı cavab: "Mənim efirimdə..."

Tolikdən Cavanşir Məmmədova maraqlı cavab: "Mənim efirimdə..."

Tolikdən Cavanşir Məmmədova maraqlı cavab: "Mənim efirimdə..."

Əməkdar artist Cavanşir Məmmədovun prodüser Tarix Əliyevlə (Tolik) mübahisəsi davam edir.

Əməkdar artist ötən gün efirdə Tolikin ünvanına yenidən sərt sözlər deyib.

Mövzu ilə bağlı Polemika.az-a danışan prodüser söz-söhbətlərə son qoymaq üçün C.Məmmədovu efirinə dəvət edəcəyini bildirib:

“Cavanşir müəllim sabah yox, biri gün mənim efirimdə olacaq. Verilişdə hər şeyə aydınlıq gətiriləcək, əvvəlcədən nəsə demək istəmirəm. Birigün verilişə baxarsınız”.

Qeyd edək ki, Əməkdar artist Firuzə İbadova efirdə evinin şəraitsiz olduğunu demiş və bu söz-söhbətə səbəb olmuşdu. Tolik ifaçıları proqramına dəvət edən zaman C.Məmmədova sərt sözlər deyib, onun bahalı maşın sürdüyünü, ancaq F.İbadovanın imkansız olduğunu tənqid etmişdi. 

Əsmətxanım

Tolikdən Cavanşir Məmmədova maraqlı cavab: "Mənim efirimdə..."