Tokayev nə edəcək? – “Vəziyyət yenidən gərginləşə bilər”

Tokayev nə edəcək? – “Vəziyyət yenidən gərginləşə bilər”

Tokayev nə edəcək? – “Vəziyyət yenidən gərginləşə bilər”

Qazaxıstanda baş verən iğtişaşlardan sonra proseslər səngiyib. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin KTMT qüvvələrini bu ölkəyə dəvət etməsindən dərhal sonra etirazların əsas mərkəzi olan Almatıda üsyanlar yatırıldı. İndi isə növbə sonrakı mərhələlədə nəyin olacağıdır.

Bir sıra ekspertlərin fikrincə, indiki durum sadəcə “qasırğadan öncəki səssizlikdir”. Hətta bu durumu Elbası Nursultan Nazarbayevi “taxtından etmək” üçün Tokayev-Putin əməkdaşlığı kimi, qiymətləndirənlər də az deyil. Bəs bundan sonra nə baş verəcək? 

Polemika.az-a danışan siyasi şərhçi Zərdüşt Əlizadə isə məsələyə optimist yanaşıb. O, “qasırğadan öncəki səssizlik” teoriyasını rədd edərək deyib ki, Qazaxıstandakı iğtişaşlar tamamilə bitib:

“Hesab edirəm ki, vəziyyət sabit olaraq qalacaq. Yəqin ki, yaxın yarımildə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hansısa islahatlar və ciddi dəyişiklər edəcək, hətta etməyə məcburdur. Ola bilsin ki, parlament seçkilərinə də getsin. O, hakim zümrədə xeyli dəyişikliklər etməlidir ki, öz mövqeyini möhkəmləndirsin və əhalini razı salan bir sıra islahatlar həyata keçirsin. Əgər bunu etməsə, təxminən bir ildən, ilyarımdan sonra vəziyyət yenidən gərginləşə bilər”.

“Bu hadisələri “Nazarbayevin vurulması əməliyyatı” kimi qiymətləndirmək olarmı” sualına isə Z.Əlizadə belə cavab verib:

“Bu məsələlərin sırf Nazarbayevin “vurulması” üçün gerçəkləşdiyinə inanmıram. Bu, sadəcə amillərdən biri idi, amma vəziyyətin gərginləşməsinin səbəblərindən biri hakimiyyətin ötürülməsi məsələsi idi. Amma əsas məsələ cəmiyyətin içərisindəki ciddi narazılıq amilləriydi. Çünki xalqın arasında ciddi qütbləşmə, ədalətsizlik və yoxsulluq mövcud idi ki, bunu da əsas səblərdən biri kimi qiymətləndirirəm”, - deyə müsahibimiz yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

Tokayev nə edəcək? – “Vəziyyət yenidən gərginləşə bilər”