Bakıda 20 Yanvarla bağlı hazırlıqlara başlanıldı

Bakıda 20 Yanvarla bağlı hazırlıqlara başlanıldı

Bakıda 20 Yanvarla bağlı hazırlıqlara başlanıldı

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən  verilən  məlumata  görə “Şəhidlər Xiyabanı”nda  20  Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri aparılır.

20 Yanvar faciəsinin ildönümü ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən Şəhidlər Xiyabanında cari təmir, geniş təmizlik və abadlıq işləri görülür,  ağacların budaqları,  bəzi  kollar  budanıb, qazon örtüyü yenilənib,  yeni güllər və  kollar  əkilib,  işıq dirəkləri rənglənib,  səkilər və bütün ərazi yuyulub,  Xiyabandakı hər iki məşəldə profilaktika aparılıb. 

Xiyaban ərazisində faciənin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər,  landşaft-dizaynerləri cəlb olunub.

Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır. 

Bakıda 20 Yanvarla bağlı hazırlıqlara başlanıldı